NADİR ALI OĞLU ƏHMƏDOV
 

NADİR ALI OĞLU ƏHMƏDOV HAQQINDA MƏLUMAT

Nadir Alı oğlu Əhmədov 1940-cı ildə Şəkidə anadan olmuşdur. 1957-ci ildə orta məktəbi bitirmiş və Bakı Rabitə Texnikumuna daxil olmuşdur. 1960-cı ildə texnikumdan sonra, Bakı Telefon Şöbəkəsində montyor, texnik işləmişdir. Həmin ildə o, Odessa Rabitə İnstitutuna qəbul olmuşdur. 1965-ci ildə institutdan sonra Mərkəzi Telefon Qovşağında mühəndis vəzifəsinə və stansiya sexinin rəisi təyin edilmişdir.

1968-1970-ci illərdə hərbi xidmətdə olmuşdur. Ordudan sonra, 1970-1975-ci illərdə Bakı Şəhər Telefon Şəbəkəsi idarəsində stansiya xidmətinin rəisi və baş muhəndis, 1975-1985-ci illərdə rəis, 1985-1997-ci illərdə Azərbaycan Respublikası rabitə nazirinin muavini işləmişdir.

1997-2004-cu illərdə Azərbaycan Respublikasının rabitə naziri olmuşdur.

N.Əhmədov Azərbaycanda novator, peşəkar rabitəçi kimi tanınır. O, adi montyorluqdan nazir vəzifəsinə qədər yüksəlib, rabitənin hər sahəsini incəliklərinə qədər bilirdi. O, nazir olduğu müddətdə Azərbaycanda rabitə, demək olar ki, yenidən qurulmuş, respublikamızda onlarca rabitə obyekti, poçtlar, televiziya ötürücü stansiyalar inşa edilmiş və müasir xarici avadanlıqlarla təchiz edilmişdir. 1997 -ci ildə respublikanın rabitə tarixində ilk dəfə olaraq "Rabitə haqqında"Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ölkənin bütün ərazisində internet qurulmuşdur. o rabitə sahəsində rüşvətxorluğun aradan qaldırılmasına, şəffaflığa nail olunmuşdur. Qarabağ münaqişəsinin ilk günlərindən müsəlləh əsgər, vətən təəssübkeşi kimi tez-tez qaynar və təhlükəli nöqtərə gedərdi. O, Dövlət komissiyasının üzvü kimi müntəzəm olaraq döyüş bölgələrində olmuş, çətin şəraitdə, həyatı üçün real təhlükə ilə üz-üzə qalmışdır.

Ulu öndər, Heydər Əliyevin respublikada yaratdığı əmin amanlıq və münbit şərait rabitənin inkşafında böyük rol oynamışdır. Bu inkşaf H.Əliyevin tərəfindən yüksək qiymətləndirilmişdir "Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirə layiqdir". Təsadüfi deyil ki, MBD ölkələri arasında 14 göstərici üzrə Azərbaycan birinci yerdə idi. N.Əhmədov rabitəçi kadrların hazırlanmasına böyük töhfə vermişdir. O azərbaycanlı gənclərin xaricdə və respublikada rabitə ixtisası üzrə təhsil almalarına, milli rabitəçilərin yetişdirilməsinə qayğı göstərmiş. Rabitəçilərin Odessa Rabitə Elektrotexnika İnstitutunda təhsil almalarına şərait yaratmışdır. AzPİ-un rabitə fakültəsinin Bakı telefon şəbəkəsi daxilində filialı açılmışdır, Bakı Rabitə Texnikumunun və texniki peşə məktəbinin maddi-texniki bazalarının möhkəmləndirilməsinə rəhbəriik etmiş, onun tapşırığı ilə burada xüsusi laboratoriyalar yaradılmış, müasir texniki vasitələr və kompüterlərlə təchiz edilmişdir.

Rabitəçilərin sosial-məişət məsələlərini də ciddi nəzarətində saxlamışdır. İlk növbədə mənzil tikintisinə daha ciddi fikir vermiş və çoxlu sayda yataqxanalar tikilmişdir.600 nəfərdən çox mənzil növbəsində gözləyən rabitəçilərdən yalnız Bakı Şəhər Telefon Şəbəkəsi üzrə 300 nəfər növbədən kənar xidməti mənzillə təmin edilmişdir. Rabitə Nazirliyi sistemində çalışan işçilərin əmək haqqı fondunun tarif gəlirində xüsusi çəkisi 4,5 % -dən 22 % - qaldırıldı. Orta əmək haqqı 1995 -ci ildə 90 min manatdan 2003 -cü ildə 517 min manata qaldırıldı.2000-ci ildən başlayaraq respublikada ilk dəfə rabitə müəssisələrində hər il 300 - 600 məqsədyönlü iş yerləri açıldı.Rabitə işçilərinə qanunla nəzərdə tutulandan əlavə güzəştlər (telefon və radio aylıq abunə haqqının alınmaması, növbədən kənar telefon çəkilişi, məzuniyyət gününün artırılması, xəstəxanada yatanlara 500 min manat (köhnə məzənnə ilə) yardım verilməsi, pensiyaya çıxanların təntənəli yola salınması və onlara 2 aylıq vəzifə maaşı həcmində yardım edilməsi, ailə üzvlərindən vəfat edən olduqda 3günlük məzuniyyət və 1 mln. manat yardım göstərilməsi və s.) şamil olundu.

Azərbaycanda ilk Mətbuat Xidməti bu nazrlikdə yarandı. Nazirliyinin ölkə KİV -ləri ilə çox sıx və şəffaf əlaqələr yaranmasını təşkil etmişdir.

1979-87-ci illərdə Bakı şəhər Xalq Deputatlan Sovetinə deputat secilmişdir. Amerika Bioqraflar İnstitutu ( ABİ ) Nazirlərin İdarəedici Şurası Elektrik və Poçt Rabitəsi sahəsində əldə etdiyi uğurlara görə onu "21 -ci əsrin Dahiyanə Şəxsiyyəti", " Dünya xalqları Konqresinin ömürlük Senatoru" seçilmiş, "Dünyanın Qabaqcıl Ziyalıları"adlı 2002 - 2003 -cü il buraxılışına daxil edilir. 2005-çi ildə o,zamanda mənzil -qərargahı Nyu-Yorkda yerləşən Ümumdünya Sülh Federasiyasının SÜLH ELÇİSİ statusuna layiq görülmüşdür.

Evlidir, 3 ovladı, 6 nəvəsi və iki nəticəsi var.


N. Əhmədov Bakı telefon şəbəkəsinə rəhbərlik etdiyi dövrdə telefonların sayı 2,5 dəfə artmış, telefonun keyfiyyətli işləməsinə, rüşvətxorluğun aradan qaldırılmasına, şəffaflığa nail olmuşdur. Rəbirə nazirinin müavini vəzifəsində işlədiyi dövrdə Respublikanın rabitə sisteminin inkişafında böyük xidmətləri olmuşdur. Məlum Qarabağ hadisələri başlanan vaxtdan (1988-1992) müntəzəm olaraq Qarabağa getmiş, çətin şəraitdə azərbaycanlıların qorunması, onların təhlükəsizliyinin təmin olunması, hərbi hissələrin və yaşayış məntəqələrinin telefonlaşdırılması ilə məşğul olmuşdur. Həmin illərdə həyatını dəfələrlə təhlükəyə qoymuş və son dərəcə riskli anlarla rastlaşmışdır. Xocalını radiotelefonlarla təmin etdiyinə görə SSRİ-nin prokurorluq orqanlarının təzyiqlərinə və istintaqa cəlb olunmuşdur.

Onun Ənvər Mete ilə birlikdə yazdığı "İblis Xislətli Erməni" kitabı ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımına, onların dədə-baba torpaqlarından qovulmasına həsr olunub. Eyni zamanda ermənilərin Qafqazda və dünyanın bir çox ölkələrində həyata keçirdikləri terror hadisələri tarixi faktlarla göstərilir. Məlumatlar müxtəlif mənbələrdən toplanaraq ümumiləşdirilmiş və yeri gəldikcə erməni xislətinin əsl mahiyyətini açan deyimlərdən, Qurani-Kərimin ayələrindən, dahilərin kəlamlarından geniş istifadə olunmuşdur. Müəlliflər insanların, xüsusilə də yeni gənc nəslin sağlam mənəviyyat, vətənpərvərlik ruhunda tərbiyəsinə, onların tarixi yaddaşlarının unutqanlığına çevrilməməsinə çalışmışlar.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Nəsil və şəcərə


Copyright © 2010 nadir-ahmedov.com